Mediaya əsasən, İsrail ordusu Qəzzanın işğalı məqsədilə quru hücumuna başlayıb
Mediaya əsasən, İsrail ordusu Qəzzanın işğalı məqsədilə quru hücumuna başlayıb

İsrailin hərbi qüvvələri Qəzza şəhərinin işğalı üçün quru hücumuna başlayıblar. Bu barədə məlumatı Axios nəşri İsrailin rəsmi şəxslərinə istinadən yayıb.

Nəşrin yazdığına görə, İsrail qüvvələri son həftələrdə xüsusilə fəal şəkildə Qəzzanın şəhərətrafı ərazilərində hərəkət edir və şəhərin mərkəzinə yaxınlaşıblar.

Axios-un məlumatına görə, İsrail Qəzza sektorunu mühasirəyə aldıqdan sonra regionda humanitar böhran dərinləşib və əhali qida, içməli su və dərmanların ciddi çatışmazlığı ilə üzləşib. Hazırda İsrail Qəzzanın təxminən 75%-nə nəzarət edir.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, son günlər ərzində 20 000 fələstinli gecələr Qəzza şəhərini tərk edib. Verilən məlumata əsasən, şəhərdən 320 000-dən çox fələstinli sektorun digər bölgələrinə köçüb. Bu, İsrail ordusunun həmin ərazidə “Hamas”a qarşı planlaşdırılmış hücuma başlamazdan əvvəl baş verib.