Medianın yazdığına görə, Putinin Yerevana səfəri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti öncəsi etiraz aksiyası keçirildi

10:56, 23.11.2022

Vladimir Putinin Yerevana səfəri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti öncəsi etiraz aksiyası keçirildi.

“Azadlıq” radiosunun Ermənistan bürosunun yazdığına görə, aksiyanın təşkilatçısı “Milli Demokratik Qütb” partiyası idi.

Aksiya iştirakçıları – “Rusiya düçməndir!” sözlərini səsləndirirdilər. Aktivistlərin təsdiq etdiyinə görə, Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmalar zamanı, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana heç bir köməklik göstərməyib.

Onların dediyinə görə, “qeyri-dost və düşmən ölkələrin liderlərinin səfəri müvafiq etirazla qarşılanmalıdır”.

Müxalifət partiyasının üzvləri sabah da mitinq keçirməyi planlaşdırırlar.

Rusiya prezidenti, Vladimir Putin sabah Yerevana gedir. Bu, 2020-ci ildə bölgədə ikinci Qarabağ müharibəsi başlayandan sonra, Putinin Ermənistana ilk səfəri olacaq.

Oxşar