Medianın məlumatına görə, Yerevanda aksiyada toqquşma nəticəsində xəsarət alanların sayı 60-a qədər artdı
Dünən, 3 iyunda, Yerevan şədərində polis və “Müqavimət” hərəkatının nümayəndələri arasında toqquşma nəticəsində xəsarət alanların sayı 60-a qədər artdı, onlar arasında 39-u hüquqmühafizəçidir.
Bu barədə erməni mediası Səhiyyə Nazirliyinə istinad edərək məlumat yayır.
Səhər durumu ilə, tibbi yardımı 50-ə qədər insan aldı, onların da bir hissəsi artıq müvafiq müəssisələrdən evə buraxılıb.
Hökumət Evi yaxınlığında toqquşma dünən gecə baş verdi.
Ermənistanda müxalifət hökumətin istüfası tələbi ilə etiraz aksiyalarını artıq bir neçə həftədir keçirir.