Medianın məlumatına görə, Xersonda işğala qarşı aksiyada rus qüvvələri atəş açdılar
Müvəqqəti işğal olunmuş Xersonda işğala qarşı növbəti aksiya keçirildi.
Ukrayna mediasının məlumatına görə, aksiya çıxan könüllülərə qarşı rus qüvvələri atəş açdılar və gözyaşardıcı qaz qumbaralarını atdılar.
Hazırda xəsarət alanlar barədə məlumat yayılmır. Aksiyaya çıxan vətəndaşlar “Xerson Ukraynadır” sözünü səsləndirirdilər.
Yayılan məlumata görə, aksiya Xerson rayonunun Kaxovka şəhərində də keçirildi.