Medianın məlumatına görə, Vladimir Putinin mayın 15-16-da Çinə səfər edəcəyi gözlənilir
Medianın məlumatına görə, Vladimir Putinin mayın 15-16-da Çinə səfər edəcəyi gözlənilir

Rusiya prezidenti Vladimir Putin mayın 15-16-da Çinə səfər edəcək. – Bu barədə “Bloomberg” xəbər verir.

Nəşrin Kremlə yaxın mənbəyə istinadən yazdığına görə, səfərin tarixi dəyişə bilər, lakin istənilən halda Çin Vladimir Putinin növbəti müddətə Rusiya prezidenti olduqdan sonra səfər edəcəyi ilk ölkə olacaq.

Bloomberg-in məlumatına görə, Vladimir Putin Çin prezidenti Si Tsinpinlə danışıqları zamanı iki ölkə arasında ticarətin gücləndirilməsinin zəruriliyini müzakirə edəcək.