Medianın məlumatına görə, Vaşinqton ştatında meşə yanğınları ilə mübarizə davam edir. Spokane şəhərində isə yanğını qəsdən törətməkdə şübhəli bilinən 37 yaşlı kişi saxlanılıb

12:00, 05.08.2026

ABŞ-ın Vaşinqton ştatında meşə yanğınları ilə mübarizə davam edir. Spokane şəhərində isə yanğını qəsdən törətməkdə ittiham olunan 37 yaşlı kişi saxlanılıb. Bu barədə BBC məlumat yayıb.
Vaşinqton ştatının Spokane şəhərində baş verən yanğın nəticəsində 700-dən çox yaşayış evi və müxtəlif tikililər məhv olub. Ətraf ərazilərdən təxminən 64 min insanın təxliyə edilməsi tələb olunub.
Medianın məlumatına görə, şübhəli şəxs – 37 yaşlı Aaron Farinaçi daha əvvəl atasının qətlə yetirilməsi ilə bağlı saxlanılıb. Məhkəmə materiallarına əsasən, 2010-cu ildə, 21 yaşında olarkən o, atasını odlu silahla öldürüb.
Hazırda Vaşinqton ştatında yanğınların söndürülməsinə 900-dən çox yanğınsöndürən cəlb olunub.

Oxşar