Medianın məlumatına görə, Ukrayna dronlarının hücumları nəticəsində Rusiyada Vısotsk və Ust-Luqa limanı zədələnib, həmçinin neft ixracı məntəqəsinə zərər dəyib. Kerç şəhərində isə bir nəfərin öldüyü bildirilir

12:10, 06.07.2026

Medianın məlumatına görə, ötən gecə Ukrayna dronları ilə həyata keçirilən hücumlar nəticəsində Rusiyada Vısotsk və Ust-Luqa limanı zədələnib, həmçinin iri neft ixracı məntəqəsinə də ziyan dəyib.

Eyni zamanda, işğal altındakı Krım yarımadasının Sevastopol şəhərində elektrik enerjisinin kəsildiyi bildirilir. Yerli hakimiyyətin məlumatına görə, dron hücumu nəticəsində Kerç şəhərində bir nəfər həlak olub.

Vladislav Şapşanın rəhbərlik etdiyi Kaluqa vilayətində, Dzerjinski rayonu ərazisində sənaye obyektinə dron zərbəsi nəticəsində yanğın baş verib. Aleksandr Drozdenko isə Leninqrad vilayətində son hücumlar zamanı 56 dronun vurulduğunu açıqlayıb.

Reutersin məlumatına görə, Rusiyanın neft emalı zavodlarına edilən hücumlar ölkədə yanacaq çatışmazlığına, qiymətlərin kəskin artmasına və yanacaqdoldurma məntəqələrində uzun növbələrə səbəb olub.

Oxşar