Medianın məlumatına görə, Türkiyə hüquqmühafizəçiləri Suriyanın şimalında 18 terrorçunu həbs etdilər
Suriyanın şimalında Türkiyə hüquqmühafizəçiləri üzdəniraq “İslam Dövlətinin” maliyyə əməliyyatlarına cavabdeh olan şəxs də daxil olmaqla 18 terrorçunu həbs etdilər. Bu barədə məlumatı türk mediası yayır.
Yayılan məlumata görə, Cərablus və Əl-Bab bölgələrində əməliyyatlar keçirildivə bu əməliyyatlar çərçivəsində 13 üzdəniraq “İslam Dövləti” üzvü həbs edildi.
Medianın yazdığı kimi, saxlanılanlar təbliğat, öz tərəfinə çəkmə və kəşfiyyat məlumatları toplayır, həmçinin hücumlar hazırlayırdılar.
Yayılan məlumata görə, paralel olaraq, Türkiyə hüquqmühafizəçiləri kürd hərbi qruplaşmalarının beş üzvünü həbs etdilər. Şübhəlilərin evlərinə baxış zamanı partlayıcı qurğular, tüfənglər və patronlar aşkar edildi.