Medianın məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında və İraqın şimalında kürd döyüşçülərinin bazalarını bombaladılar
Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında və İraqın şimalında kürd döyüşçülərinin bazalarını bombaladılar. Müdafiə Nazirliyinin məlumatına görə, qeyd olunan bazalar noyabrın 13-də İstanbulda həyata keçirilən və 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə əlaqəsi var idi.
Türkiyə qeyd olunan hücumda məhz elə Kürdüstan Fəhlə Partiyasını və Suriya kürdlərini günahlandırır. Lakin hər iki qruplaşma terror aktı ilə hər hansı əlaqəni inkar edir.
Suriya Demokratik Qüvvələrinin məlumatına görə, türk qırıcıları Suriyanın şimalında məcburi köçkünlərin yaşadığı iki yaşayış məntəqəsini bombaladılar. Bu hava hücumu nəticəsində həlak olan və yaralananların dəqiq sayı hələlik məlum deyil.