Medianın məlumatına görə, "Sputnik" agentliyinin Bakı filialında keçirilən operativ axtarış zamanı yeddi nəfər saxlanılıb
Azərbaycanda Rusiyaya məxsus “Sputnik” agentliyinin Bakı filialında keçirilən operativ axtarış zamanı yeddi nəfər saxlanılıb.
Həmçinin, Azərbaycan Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan” agentliyinə qarşı cinayət işi qaldırıb.
Cinayət işi Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri üzrə başlanılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.