Medianın məlumatına görə, Şimali Koreya Yapon Dənizi istiqamətinə bir neçə ballistik raket buraxdı
Şimali Koreya Yapon Dənizi istiqamətinə bir neçə ballistik raket buraxdı. Bu barədə “Doyçe Velle” məlumat yayır.
Nəşrin yazdığı kimi, mövcud məlumata görə, raketlərdən biri Cənubi Koreyanın Sokço şəhəri yaxınlığında, 57 kilometr dərinlikdə dənizə düşdü. Daha bir raket isə, Ulindon adasından 160 kilometr aralıda düşdü.
Cənubi Koreyada nüvə həyəcanı elan edildi, hakimiyyət əhaliyə sığınacaqlara köçmək barədə xəbərdarlıq verdi.
Şimali Koreyanın raket buraxması ilə əlaqədar Yaponiya hökuməti Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirəcək.