Medianın məlumatına görə, Si Cinpin bəyan etdi ki, Pekin müharibə üçün hazırlaşır
China's President Xi Jinping swears under oath after being re-elected as president for a third term during the third plenary session of the National People's Congress (NPC) at the Great Hall of the People in Beijing on March 10, 2023. (Photo by NOEL CELIS / AFP)
Çin prezidenti, Si Cinpinin bəyan etdiyinə görə, Pekin müharibə üçün hazırlaşır. Medianın məlumatına görə, Çin Parlamentinin və onun ali siyasi məsləhətləşmə orqanının illik iclası zamanı, ümumilikdə, Çin lideri müharibəyə hazırlıq mövzusunu dörd ayrı çıxışında gündəmə gətirdi.
“Forin fayerin” məıumatına görə, Si Cinpin bir çıxışında generallarını “cəsarətlə döyüşməyə” çağırdı.
Çin hökuməti həmçinin Çinin müdafiə büdcəsini 7,2 faiz artırdığını açıqladı, hansı da son onillik ərzində ikiqat oldu.
Pekin ölkəni xarici taxıl idxalından daha az asılı vəziyyətə olmağı da planlaşdırır.
Son aylarda Pekin hərbi hazırlıqla bağlı yeni qanunlar təqdim etdi, Tayvan boğazı boyunca şəhərlərdə yeni hava hücumu sığınacaqları və ölkə daxilində yeni “milli müdafiə səfərbərliyi” ofislərini qurdu.