Medianın məlumatına görə, Seulda Hellouin bayramında izdiham zamanı 120 nəfər öldü
Seulda Hellouin bayramında izdiham zamanı 120 nəfər öldü, daha 100 nəfər xəsarət aldı.
Faciə Cənubi Koreya paytaxtının çoxlu gecə klubları, kafe və restoranların yerləşdiyi İtxevon rayonunda baş verdi. Kovid pandemiyası ilə əlaqədar elan edilən məhdudiyyətlərin ləğvindən sonra bu ərazidə ilk dəfə tədbirlər keçirilirdi.
Rəsmilər izdihamın nədən baş verdiyini hələlik açıqlamayıb. Media xəbər verir ki, izdihamdan əvvəl iki nəfər küçədə huşsuz vəziyyətdə yıxıldı.
Yerli jurnalistlər onu da yazırlar ki, izdiham zamanı Seulun sözügedən rayonunun küçələrində 100 min insan toplaşmışdı.
Baş verənlərlə əlaqədar Cənubi Koreya prezidenti hökumətin fövqəladə iclasını çağırdı.