Medianın məlumatına görə, Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 16 hündürmərtəbəli bina, tibb və təhsil müəssisəsi zədələndi
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 16 hündürmərtəbəli bina, tibb və təhsil müəssisəsi zədələndi. Məlumatı Zaporojye bələdiyyəsinin katibi, Anatoli Kurtev yayır.
“Rusiya hücumu nəticəsində bir nəfər xəsarət aldı, infrastruktur obyektlər, 16 hündürmərtəbəli bina, iki təhsil və bir tibb müəssisəsi zədələndi”, – Kurtev telegramda yazır.
Ona qədər Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat katibi, Natalya Qumenyuk Zaporojye vilayətində “Şahed” tipli pilotsuz uçuş aparatlarının hücumu ilə bağlı məlumat yaydı.