Medianın məlumatına görə, Rusiyanın Xarkova dronlarla endirdiyi hücum nəticəsində dörd nəfər yaralanıb, şəhərin ən böyük bazarlarından birində yanğın baş verib, 100-dən çox ticarət obyektinə ziyan dəyib və ya yanıb

Gecə saatlarında Rusiya qüvvələri Xarkova genişmiqyaslı dron hücumu həyata keçirdilər. Yerli hakimiyyət dörd yaralı barədə məlumat yayıb.

Xarkovun meri İqor Terexovun sözlərinə görə, iki saat ərzində şəhərin dörd rayonunda səkkiz məntəqəyə “Şahed” dronları ilə 20 zərbə endirilib.

Zərbələrdən biri nəticəsində şəhərin ən iri bazarlarından birində yanğın baş verib. 100-dən çox ticarət obyekti zədələnib və ya yanıb. Hücum nəticəsində Xarkovda həmçinin bir neçə fərdi yaşayış evi də ziyan görüb.