Medianın məlumatına görə, Rusiya ordusunun Nikolaev, Xarkov və Nikopol şəhərlərinə hücumu nəticəsində evlərə ziyan dəydi, bir neçə nəfər həlak oldu
Medianın məlumatına görə, Rusiya ordusunun Nikolaev, Xarkov və Nikopol şəhərlərinə hücumu nəticəsində evlərə ziyan dəydi, bir neçə nəfər həlak oldu

Rus ordusu Nikolaev, Xarkov və Nikopol şəhərlərinə hücum etdi. Yerli hakimiyyət orqanlarının məlumatına görə, iyulun 31-də gecə Nikolaev sakinləri üçün ən çətin gecə oldu, burada bir neçə güclü partlayış səsi eşidildi.

Mövcud məlumata görə, evlərə ziyan dəyib, yanğın baş verib, azı iki nəfər həlak olub.

Gecə saatlarında Xarkovda altı partlayış səsi eşidildi. Ukrayna hakimiyyətinin məlumatına görə, nəticədə bir neçə müəssisə zərər gördü, yaşayış evlərində yanğın baş verdi. Rusiya Sumı və Dnepropetrovsk rayonlarında artilleriya atəşi açdı. Bundan başqa, yayılanməlumata görə, Donbasda gərgin döyüşlər davam edir, işğalçılar Baxmut şəhərinə hücum etməyə cəhd etsə də, Ukraynalılar hücumu dəf edə bildilər.

Medianın yazdığına görə, Ukrayna hərbçiləri Xerson və Nikolayev rayonlarında Rusiya mövqelərinə və anbarlarına hücum etdilər, nəticədə canlı qüvvə və texnika məhv edildi.