Medianın məlumatına görə, Rusiya işğalçı qüvvələrinin Ukraynanın Vinnitsa şəhərini bombalaması nəticəsində 12 nəfər həlak oldu
Rusiya işğalçı qüvvələrinin Ukraynanın Vinnitsa şəhərini bombalaması nəticəsində 12 nəfər həlak oldu. Ukrayna medianın məlumatına görə, şəhər mərkəzinin bombalanması nəticəsində daha 25 nəfər xəsarət aldı.
Raket avtomobil dayanacağının yanına düşdü, nəticədə 30-a yaxın avtomobil yandl. Hadisə yerində 100-ə yaxın xilasedici işləyir.
Vinnitsada bir neçə yer bombalandı. Partlayış nəticəsində zabitlərin evinə və yaxınlıqdakı yaşayış binalarına ziyan dəydi. Ukrayna prezidenti, Vladimir Zelenski Vinnitsadakı partlayışa əks səda verdi və Rusiyanı dinc əhalini məhv edən terrorçu dövlət adlandırdı.