Medianın məlumatına görə, Rusiya işğalçı qüvvələrinin Ukraynanın Kiyev və Xerson vilayətlərini bombalaması insan tələfatı ilə nəticələndi

13:23, 13.07.2023

Ötən gecə Ukraynada Rusiya ordusunun “Kalibr” tipli raket və pilotsuz təyyarələrin buraxılması ilə bağlı genişmiqyaslı hava həyəcanı elan edilmişdi.

Ukrayna mediasının məlumatına görə, rus hərbçiləri Ukraynanın paytaxtı Kiyevə hücum etdilər, hansı da bir insanın ölümü ilə nəticələndi. İki nəfər xəsarət aldı, yaşayış evləri zədələndi.

Kiyevdə Ukrayna hava hücumundan müdafiə qüvvələri İran istehsalı olan on “Şəhid” tipli pilotsuz uçuş aparatını vurdlar. Rus hərbçiləri Xerson vilayətinə minaatan, artilleriya, tank, “qrad” və aviasiyadan 500-ə yaxın mərmi atdılar. Bombalanma nəticəsində iki nəfər həlak oldu, üçü xəsarət aldı.

Oxşar