Medianın məlumatına görə, Rusiya işğalçı qüvvələri Xarkova raket hücumu həyata keçirdilər, nəticədə azı üç nəfər həlak oldu
Rusiya işğalçı qüvvələri bu gün səhər Xarkova raket hücumu həyata keçirdilər. Bu barədə Ukrayna mətbuatı Xarkov Hərbi Dairəsinin rəhbəri, Oleq Sinequbova istinadən yazır.
Ukrayna İctimai Yayımçısının məlumatına görə, azı üç nəfər ölüb, onlardan biri 13 yaşlı uşaqdır. Bir nəfər yaralanıb, o, 72 yaşlı qadındır.
“Rus işğalçıları səhər saatlarında Xarkov rayonlarından birində hücumlar həyata keçirdilər. Hadisə yerində müvafiq xidmətlər işləyirlər. İlkin məlumata görə, xəsarət alanlar var”, – Sinequbov qeyd edir.
Xarkov Hərbi Dairəsinin rəhbəri yerli sakinləri xüsusi zərurət olmadan şəhərin küçələrinə çıxmamağa, sığınacaqlarda və təhlükəsiz yerlərdə qalmağa çağırır.