Medianın məlumatına görə, Rusiya qüvvələrinin Donetsk vilayətini bombalaması nəticəsində üç nəfər həlak oldu, altı nəfər xəsarət aldı

12:37, 14.06.2023

Ukrayna mediasının məlumatına görə, Rusiya qüvvələrinin Donetsk vilayətini bombalaması nəticəsində üç nəfər həlak oldu, altı nəfər xəsarət aldı.

Medianın məlumatına görə, Kramatorsk və Konsytantinovkada yaşayaş evləri dağıdılıb. Paralel olaraq, Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərini bombalaması nəticəsində ölənlərin sayı 12-yə çatdı.

Ötən gecə Rusiya kamikadze dronları ilə Ukraynanın Kirovoqrad vilayətinə hücum endirdi. Nəticədə infrastruktur obyektlər dağıdıldı.

Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, son üç gündə Ukrayna ordusu üç kvadrat kilometr ərazini azad etdi.

Oxşar