Medianın məlumatına görə, rus işğalçıları Xersonda “referendum” və işğala qarşı aksiyanı işıq-səs qumbaraları ilə dağıtdılar

13:42, 27.04.2022

Xersonda yerli sakinlər psevdoreferenduma və Rusiya işğalına qarşı dinc etiraz aksiyası keçirdilər.

Bu barədə Ukrayna mətbuatı məlumat yayır.

Medianın məlumatına görə, rus işğalçıları aksiyanı gözyaşardıcı qaz və sişıq-səs qumbaralarından istifadə etməklə dağıtdılar. Yayılan məlumata görə, yaralananlar və saxlanılanlar var.

Medianın yazdığına görə, Ali Radanın insan hüquqları üzrə komissarı, Lüdmila Denisova bəyan etdi ki, ruslar mayın 1-dən mayın 10-dək Xerson vilayətində referendum keçirməyi planlaşdırırlar.

 

Oxşar