Medianın məlumatına görə, ötən gecə Rusiya qüvvələri Odessaya raket zərbəsi endirdilər

10:43, 14.06.2023

Ukrayna mediasının məlumatına görə, ötən gecə Rusiya qüvvələri Odessaya raket zərbəsi endirdilər. Ukrayna hərbçilərinin məlumatına görə, zərbələr Qara Dənizdən Rusiya çaplı qanadlı raketlərlə endirildi. Üç nəfər həlak oldu, 10-dan artıq insan xəsarət aldı.

Hava döyüşləri və partlayışlar nəticəsində şəhərin mərkəzində təhsil müəssisəsi, yaşayış kompleksi, iaşə obyekti və mağazalara ziyan dəydi. Eləcə də anbarların birində yanğın əmələ gəldi.

Elə Ukrayna mediasının məlumatına görə, gecə ərzində sərhəd bölgəsinə 21 dəfə hücum edildi, 101 partlayış qeydə alındı, Dövlət Meşə Təsərrüfatı Agentliyinin yeddi əməkdaşı həlak oldu.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bəyan etdi ki, Ukraynanın şərqində və cənubunda “müdafiə və hücum xarakterli” ağır döyüşlər davam edir. Elə onun dediyinə görə, müdafiə qüvvələrinin müəyyən irəliləyiş və uğuru var.

Oxşar