Medianın məlumatına görə, ötən gecə ərzində rus hərbçiləri Baxmut, Xarkov, Kramatorsk və Sumı rayonlarını bombalayıblar
Rusiya işğalçı qüvvələrinin Ukraynanın Baxmut şəhərini bombalaması insan tələfatı ilə nəticələndi. Ukrayna mediasının məlumatına görə, Baxmut rayonuna raket hücumu nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Bundan əlavə, bombardman nəticəsində on yaşayış evi dağılıb və ya zədələnib.
Rusi hərbçiləri Kramatorsk şəhərinə də raket zərbəsi endirdilər. Yerli sakinlər dörd böyük partlayışın olduğunu bəyan edirlər. Kramatorsk səhər saat 04:00-da bombalandi. Şəhərin müxtəlif bölgələrinə raketlər düşdü.
Rus işğalçı qüvvələrinin bombardmanı Xarkov vilayətində də təlafatlar nəticələndi. Rusiya ordusunun bölmələri rayonun yaşayış məntəqələrini artilleriya atəşinə tutdular. Ötən gecə Rusiya hərbçiləri Sumı bölgəsini də bombaladılar.