Medianın məlumatına görə, Nyu-Yorkda Volodimir Zelenski ilə Ursula fon der Lyayen arasında keçirilən görüş gərgin keçib

15:54, 23.09.2026

Nyu-Yorkda Ukrayna prezidenti Volodimir Zelenski ilə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen arasında keçirilən görüş gərgin keçib. Bu barədə Ukrayna mediası “Bloomberg”ə istinadən yazır.

Yayılan məlumata görə, Nyu-Yorkdakı görüş zamanı Zelenski və fon der Lyayen Ukraynaya maliyyə və müdafiə sahəsində gələcək dəstək məsələsini müzakirə ediblər. Ukrayna tərəfi, xüsusilə qış aylarında Rusiyanın hücumlarının artması ehtimalından və hava hücumundan müdafiə raketlərinin çatışmazlığından narahatlığını ifadə edib.

Medianın məlumatına görə, söhbət zamanı Zelenski Avropa İttifaqının iki rusiyalı oliqarxa qarşı tətbiq olunan sanksiyaların ləğvi ilə razılaşmasından narazılığını bildirib.

Görüşdən sonra Ursula fon der Lyayen sosial şəbəkədə paylaşım edib və bildirib ki, Avropa Ukraynanın müdafiəsini gücləndirmək üçün əvvəlkindən daha çox səy göstərir.

“Yeni raketdən müdafiə proqramımız istehsal həcminin sürətlə artırılmasına kömək edəcək. Ukrayna daha çox müdafiə dəstəyi alacaq. İslahatlar irəlilədikcə, büdcə dəstəyi də artacaq. Bu təqvim ili ərzində bizim hələ 37 milyard avro vəsaitimiz əlçatandır”, – deyə Avropa Komissiyasının prezidenti qeyd edib.

Oxşar