Medianın məlumatına görə, NATO Rusiya tərəfdən nüvə silahı sınağına hazırlığın mümkün əlamətlərini hələ görmür, lakin vəziyyəti diqqətlə izləyir
NATO Rusiya tərəfdən nüvə silahı sınağına hazırlığın mümkün əlamətlərini hələ görmür, lakin vəziyyəti diqqətlə izləyir, – bu barədə alyansın nümayəndəsi “Reuters” agentliyinə bəyan etdi.
“Biz Rusiyanın nüvə güclərində heç bir dəyişiklik görmürük, lakin NATO və alyans üzvləri ayıq-sayıq qalırlar, vəziyyəti diqqətlə izləyirlər”, – kimliyini açıqlamaq istəməyən NATO nümayəndəsi bildirdi.
Məlumat üçün, son günlər mediada Rusiyanın nüvə silahı sınağına mümkün hazırlıqları barədə məlumatlar yayılır. İtaliyanın “La Republica” nəşri yazdı ki, NATO kəşfiyyatı müttəfiqlərə Rusiyanın yəqin ki, “Poseidon” pilotsuz sualtı gəmisini sınaqdan keçirməyə hazırlaşdığı barədə xəbərdarlıq edir.