Medianın məlumatına görə, Minskin mərkəzində hərbi texnika göründü.
Metrostansiyalar bağlanıb, küçələrdə hüquqmühafizəçilər səfərbər olunublar, küçələrin bir hissəsi bağlanıb.
Müxtəlif media vasitələrinin məlumatına görə, Belarusun paytaxtında yaxalamalar başlayıb.
Belarusda prezident seçkilərindən sonra etiraz aksiyaları başladı. Toqquşma nəticəsində 100-dən artıq insan xəsarət aldı. 3000 vətəndaş yaxalanıb. Rəsmi nətəcələrə əsasən, Aleksandr Lukaşenko seçkilərdə altıncı dəfə qələbə qazandı.