Medianın məlumatına görə, “Mariupol qəssabı” adı ilə tanınan, Mixail Mizintsev Rusiya Müdafiə nazirinin müavini təyin edildi
Rusiya Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi həyata keçirildi. “Mariupol qəssabı” adı ilə tanınan, Mixail Mizintsev Rusiya Müdafiə nazirinin müavini təyin edildi. Məlumatı “BBC” yayır.
Mizintsev bu vəzifədə Dmitri Bulqakovu əvəz etdi. Mediada bıyan edilər ki, onun azad edilməsi başqa işə keçməsi ilə əlaqədardır, lakin haraya, deylmir. Bulqakov nazir müavini vəzifəsini 2010-cu ildən tutur.
Ukrayna mətbuatının yazdığı kimi, Mixail Mizintsev “Putinin favoriti” sayılır. Elə onların məlumatına görə, 2022-ci ildə Ukraynanın Mariupol şəhərinə hücuma şəxsən Mizintsev rəhbərlik edirdi və rus hərbçilərinə Dram Teatrına bombalar atmağı və həmin vaxt mülki əhalinin olduğu şəhərin doğum evlərini bombalamağı əmr edən də məhz o idi. “Unianinin” məlumatına görə, mülki əhaliyə qarşı qəddar rəftarına görə, ona “Mariupol qəssabı” ləqəbi verdilər.
Bununla yanaşı, elə Ukrayna mediasının məlumatına görə, Mizintsev Suriyada əməliyyata da rəhbərlik edirdi.