Medianın məlumatına görə, “Lukoylun” İdarə Heyətinin sədri Moskvada, xəstəxananın pəncərəsindən yıxılaraq öldü
Medianın məlumatına görə, “Lukoylun” İdarə Heyətinin sədri Ravil Maqanov Moskvada, xəstəxananın pəncərəsindən yıxılaraq öldü. Bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayır.
Media mənbəsinin verdiyi məlumata görə, Maqanov Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən y;x;ld; və aldığı xəsarətlərdən dünyasını dəyi.di.
Rusiya mediasının məlumatına görə, Ravil Maqanov xəstəxananın altıncı mərtəbəsində müalicə olunurdu.
Maqanov “Lukoyl” yaranandan bəri yüksək vəzifələrdə çalışırdı. O, 2020-ci ildən direktorlar şurasının sədridir. Yayılan məlumatla bağlı şirkət hələlik açıqlama verməyib.