Medianın məlumatına görə, İsrail Müdafiə Qüvvələri Beyrutun cənub qəsəbələrinə hava zərbəsi endirib
İsrail Liviandakı əhaliyə “Hizbullah”la əlaqəli bir şirkətin filiallarına mümkün hücumlar barədə xəbərdarlıq etdikdən sonra, Müdafiə Qüvvələri (IDF) Beyrutun cənub qəsəbələrinə hava zərbəsi endirib. Bu barədə məlumatı Times of Israel Livanın dövlət mediasına istinadən yayıb.
Medianın məlumatına görə, canlı yayımlanan kadrlar böyük tüstü buludlarını göstərir; bu, İranın dəstəklədiyi terror təşkilatının mövqelərinin yerləşdiyi ərazidən çıxır.
Əvvəlcə, İsrail Müdafiə Qüvvələri Livandakı əhalini, o cümlədən Beyrutun cənub qəsəbələrində yaşayanları hücumlar barədə xəbərdar edib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avichay Adray bildirib ki, yaxın saatlarda müdafiə qüvvələri Al-Qard Al-Hasan Assosiasiyasının (AQAH) terror infrastrukturlarına qarşı əməliyyatlara başlayacaq.
Məlumat üçün bildirək ki, İsrail iddia edir ki, AQAH “Hizbullah”ın hərbi fəaliyyətini maliyyələşdirir, lakin təşkilat bunu inkar edir. AQAH isə bildirir ki, yalnız sıravi livanlılara kiçik, minimal faizli kreditlər verir.