Medianın məlumatına görə, İranla 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı danışıqlar tezliklə bərpa olunacaq
Medianın məlumatına görə, İranla 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı danışıqlar tezliklə bərpa olunacaq

İranın Amerika Birləşmi. Ştatları ilə 2015-ci il nüvə sazişi üzrə bir başa danışıqları tezliklə bərpa olunacaq. “Reuters” agentliyinin məlumatına görə, bu barədə İranın Xarici İşlər naziri, Hüseyn Əmirabdollahian Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Cozef Borrellə birgə mətbuat konfransında bəyan etdi.

“Biz yaxın günlərdə danışıqları bərpa etməyə hazırıq. İran üçün vacib olan 2015-ci il müqaviləsinin iqtisadi faydalarını tam şəkildə əldə etməkdir”, – Əmirabdollahian bəyan etdi və əlavə etdi ki, Borel ilə “uzunmüddətli, lakin pozitiv görüşü” var idi.

Buna cavab olaraq, Borrel bildirdi ki, danışıqların yaxın günlərdə bərpa ediləcəyi və mövcud dalandan çıxması gözlənilir.

“Biz işləri tezləşdirməliyik. Tehran və Vaşinqtonda qəbul edilən qərardan çox şadam”, – Borel qeyd etdi.