İranın keçmiş ali lideri ayətullah Əli Xameneinin oğlu Müctəba onun varisi olaraq seçilib – bu barədə məlumatı beynəlxalq media İranın dövlət mediasına istinadən yayır.
Onların məlumatına görə, 56 yaşlı Müctəba Xamenei İranın ali dini lideri vəzifəsinə Ekspertlər Assambleyasının üzvləri tərəfindən seçilib.
Bununla yanaşı, medianın məlumatına görə, İranın yeni ali lideri vəzifəsinin icrasına başlayana qədər ölkəni üç nəfərdən ibarət şura idarə edir. Onun üzvləri bunlardır: İran prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qolamhüseyn Möhseni Ejei və könüllü paramilitar dəstənin rəhbəri Əlirza Ərəfi.
Məlumat üçün bildirək ki, İsrailin təhlükəsizlik xidmətləri hesab edir ki, ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei ötən həftə həyata keçirilmiş hava zərbəsi nəticəsində yaralanmış ola bilər.
Bununla yanaşı, ABŞ prezidenti bildirir ki, İranın ali liderinin seçilməsində mütləq özü də iştirak etməlidir. “İranın növbəti ali lideri mənim təsdiqim olmadan uzun müddət davam gətirə bilməz”, – deyə Donald Tramp “ABC News”a bildirib.