Medianın məlumatına görə, İranın Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri 15 yaşlı tələbə Əsra Fənahi döydülər, nəticədə qız dünyasını dəyişdi
İranın Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri 15 yaşlı tələbə Əsra Fənahi döydülər, nəticədə qız dünyasını dəyişdi. Məlumatı Ərdəbil Müəllimlər Birliyi yayır.
Yayılan məlumata görə, Təhlükəsizlik qüvvələri məktəbdə reyd keçirdilər və məktəblilərə fiziki təzyiq göstərdilər, çünki onlardan bəziləri İranın ruhani lideri, Ayətullah Əli Xamneyinə həsr olunan himni oxumaqdan imtina etdilər.
İran halkimiyəti məlumatı təkzib edir, İran dövlət televiziyasının məlumatına görə isə, məktəblinin ürəyində problem var idi.
Məlumatla görə, hakimiyyət Ərdəbildəki şəhid orta məktəbində qızları qanunsuz olaraq hökumətyönlü tədbirdə iştirak etməyə məcbur edirdi. Tədbirin əvvəlində bəzi tələbələr hökumət əleyhinə şüarlar səsləndirməyə başladılar, bundan sonra mülki geyimli mühafizəçilər onları təhqir edib və bir çoxunu döydülər. Daha sonra tələbələr siniflərinə qayıdarkən məktəbə basqın edərək bir neçə şagirdi yenidən döydülər. Yeddi tələbə xəsarət, onu həbs edilib.
Əsra Fənahın ölümü Ərdəbil sakinlərinin etirazına səbəb oldu.