Medianın məlumatına görə, İranda internetə çıxış artıq 60 saatdan çoxdur ki, məhdudlaşdırılıb, məhdudiyyət beynəlxalq telefon zənglərinə də şamil olunur
İranda internetə çıxış artıq 60 saatdan çoxdur ki, məhdudlaşdırılıb. Yayılmış məlumatlara əsasən, məhdudiyyət beynəlxalq telefon zənglərini də əhatə edir.
Media yazır ki, bir neçə vilayətdə insanlar Starlink peyk internetindən istifadə edə biliblər, lakin hökumət onun da bloklanmasına cəhd göstərir.
Bundan əvvəl İran hökuməti ölkədə internetin kəsilməsinin etiraz aksiyaları fonunda həyata keçirildiyini təsdiqləyib. İranda aksiyalar 28 dekabrda başlayıb. Əvvəlcə Tehran küçələrinə mağaza satıcıları çıxaraq İran valyutasının dəyərdən düşməsinə etiraz ediblər. Daha sonra onlara tələbələr də qoşulub.