Medianın məlumatına görə, iki mənfi nəticədən sonra, Co Baydenin kovid testinin nəticəsi yenə müsbət çıxdı
Medianın məlumatına görə, iki mənfi nəticədən sonra, Co Baydenin kovid testinin nəticəsi yenə müsbət çıxdı

Ağ Evin məlumatına görə, ABŞ prezidenti, Co Baydenin koronavirus testi yenə müsbət idi, bu səbəbdən o, yenidən izolasiya vəziyyətinə keçdi. “Reuters” agentliyinin məlumatına görə, Baydenin həkiminin hesabatında qeyd edildiyi kimi, ABŞ prezidenti bu həftə iki dəfə koronavirus testindən keçdi və cavab mənfi idi, lakin iyulun 29-da keçirilən test yenidən müsbət nəticə göstərdi. Nəticədə Bayden izolasiya vəziyyətinə qayıtdı.

Bundan əlavə, həkimlərin qeyd etdiyi kimi, ölkə prezidenti özünü yaxşı hiss edir və yeni simptomları yoxudur, buna görə də müalicəni davam etdirməyə ehtiyac yoxdur.

“Dostlar, bu gün kovid test yenə müsbət çıxdı. Heç bir əlamətim yoxdur, lakin ətrafımdakıların təhlükəsizliyi üçün təcrid olunacam. Mən hələ də işləyirəm və tezliklə qayıdacağam”, – Co Bayden “tvitterdə” yazır.

79 yaşlı Baydendə iyulun 21-də koronavirus təsdiq olundu. Onun yüngül simptomları var idi və “Paxlovide” ilə müalicə olundu.

İyulun 27-də Baydenin həkimi ABŞ prezidenti üçün keçirilən iki testin nəticələrinin mənfi olduğunu və sərt təcrid qaydalarına son qoyacağını bəyan etdi. Co Bayden tam vaksinasiya olunub və iki buster doza edib.