Medianın məlumatına görə, Finlandiyada Avropanın ən böyük nüvə reaktorunu işə saldı

15:37, 16.04.2023

Finlandiyada Avropanın ən böyük nüvə reaktoru Olkiluoto 3 (OL3) işə salındı. Bu barədə “Reuters” agentliyi reaktor operatoru Teollisuuden Voima (TVO) şirkətinə istinadən xəbər verir.

Operator-şirkətin məlumatına görə, reaktor Finlandiyanın elektrik enerjisinə olan tələbatının 14 faizini təmin edəcək, bunun nəticəsində İsveç və Norveçdən idxalı azaltmaq mümkün olacaq. Yeni reaktorun ən azı 60 il işləyəcəyi gözlənilir.

1.6 giqavatlıq reaktorun tikintisinə 2005-ci ildə başlanıldı. Tikinti başlayandan 4 il sonra istifadəyə verilməli idi, lakin texniki səbəblərdən təxirə salındı.

Təhlükəsizlik baxımından nüvə enerjisi Avropada mübahisəli məsələ olaraq qalır. Finlandiyada yeni reaktorun işə salınması, Almaniya öz son üş reaktorunu dayandırdığı fonda baş verdi. İsveç, Fransa, Böyük Britaniya və digər ölkələr isə nüvə enerjisi sahəsində yeni layihələr planlaşdırırlar.

Rusiyadan Finlandiyaya elektrik enerjisinin ixracı ötən ilin mayında Rusiyanın “İnter Rao” şirkəti ona verilən elektrik enerjisinin pulunun ödənilmədiyini elan etdikdən sonra dayandırıldı. Tezliklə, “Qzaprom” rus şirkəti Finlandiyaya təbii qaz nəqlini də dayandırdı.

Oxşar