Medianın məlumatına görə, Federal Təhqiqatlar Bürosu Donald Trampın evində axtarış apararkən 11 dəst məxfi sənəd çıxardı

10:37, 13.08.2022

Medianın məlumatına görə, Federal Təhqiqatlar Bürosu Donald Trampın evində axtarış apararkən 11 dəst məxfi sənəd çıxardı, sənədlərini bəzisi “tamamilə məxfidir”.

Medianın yazdığına görə, Federal Təhqiqatlar Bürosu axtarış zaamnı təxminən 20 qutu çıxardılar, oclar arasında foto-albomlar, əlyazma qeydlər, həmçinin “Fransa prezidenti” barəsində məlumat var.

Federal Təhqiqatlar Bürosunun agentləri Donald Trampın Floridadakı iqamətgahında axtarışı avqustun 9-da apardılar. Söhbət ABŞ-ın keçmiş prezidentinin Ağ Evdən sənədləri qanunsuz götürməsi ilə bağlı məlumatlardan gedir. “Tamamilə məxvi” sənədlərinin çıxarılması ABŞ-da qanunla cəzalandırılır.

ABŞ-ın Baş Prokuroru təsdiq etdi ki, keçmiş prezidentin iqamətgahında axtarışa orderi o, verdi. Trampın özü istintaqı siyasi motivləçdirilmiş adlandırır.

Oxşar