Medianın məlumatına görə, Estoniyanın hava məkanına Rusiya sərhədindən dron daxil olub və elektrik stansiyasının tüstü borusuna çırpılıb
Çərşənbə günü səhər Estoniyanın hava məkanına Rusiya sərhədindən dron daxil olub və Auvere Elektrik Stansiyasının tüstü borusuna çırpılıb. Məlumatı Estoniya Dövlət Yayım Xidməti (ERR) ölkənin Təhlükəsizlik Xidmətinə istinadən yayıb.
Onların məlumatına görə, elektrik stansiyasının enerji infrastrukturu zədələnməyib.
Həmçinin, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Estoniya ədliyyə naziri Liisa-Li Pakosta bildirib ki, hökumət insidentlə bağlı fövqəladə iclas keçirəcək.