Medianın məlumatına görə, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün qondarma referendum bu gün başlayır
Medianın məlumatına görə, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün qondarma referendum bu gün başlayır

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş dörd bölgəsində  – Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün qondarma referendum bu gün başlayır. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Agentlik yazır ki, Donetsk və Luqansk sakinləri yalnız bir suala cavab verməli olacaqlar: “siz respublikanın federasiya subyekti kimi Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”.

Xerson və Zaporojyedə isə, qaondarma referenduma üç sual qoyulacaq: “Ukraynadan ayrılmaq, müstəqil dövlətlər yaratmaq və Rusiyaya birləmək istəyirsinizmi?”.

Ukrayna əraziləri üzrə “referendum” 27 sentyabra qədər davam edəcək. Rusiyanın planlaşdırdığı referendumlara görə, Avropa İttifaqı Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzada bilər. Amerika Birləşmiş Ştatları, NATO və ATƏT Rusiyanın Ukrayna ərazisində “referendum” keçirməsini pisləyir.