Medianın məlumatına görə, “Demokratlar” “Respublikaçılar” Konqresin çoxluğuna gələnə qədər, Ukraynaya 50 milyard dollar yardım ayırmaq istəyirlər

10:42, 21.10.2022

Skeptik “Respublikaçılar” Konqresin çoxluğuna gəlməyə hazırlaşırla. Ona qədər “Demokratlar” Ukraynaya 50 milyard dollar yardım ayırmaq istəyirlər. Bu barədə “NBC” məlumat yayır.

“NBC”-in məlumatına görə, bu məbləğ Ukraynanın ilin sonuna qədər dayanması üçün kifayət edəcək.

“Demokratlar” və “Respublikaçılar” Konqresə aralıq seçkilərindən sonra hərbi və digər yardımların göstərilməsi üçün hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul etməyi düşünürlər.

“Respublikaçılar” arasında fikir ayrılığı ABŞ-ın Ukraynaya yardımının nə qədər davam etməsi ilə bağlı var. Medianın məlumatına görə, “Ənənəvi Respublikaçılar” hesab edirlər ki, Ukraynaya dəstək davam etdirilməlidir. Donald Trampın müttəfiqləri hesab olunanlar isə, düşünürlər ki, bu məbləğlər ABŞ-ın iqtisadiyyatının dəstəklənməsinmə yönəldiləmlidir.

Oxşar