Medianın məlumatına görə, Co Bayden Rusiya tərəfindən Ukraynada müharibənin ikinci mərhələsinin başlaması ilə əlaqədar hərbi rəsmilərlə görüşəcək.
ABŞ prezidenti Co Bayden Ukraynada müharibənin ikinci mərhələsinin Rusiya tərəfindən başlamasını müzakirə etmək üçün yüksək səviyyəli hərbi rəsmilərlə görüşəcək.
Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Ştatların komandanı general Mark Mill iştirak edəcək.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 19-da Ukraynada müharibənin ikinci mərhələsinin başlandığını elan edib.