Medianın məlumatına görə, bu gün Pentaqon Ukraynaya 675 milyon dollarlıq hərbi yardım paketinin ayrılması barəsində bəyanat verəcək

11:04, 08.09.2022

Bu gün Pentaqon Ukraynaya 675 milyon dollarlıq hərbi yardım paketinin ayrılması barəsində bəyanat verəcək. Qeyd olunan barəsində, rəsmi şəxsə istinad edərək “Vaşinqton Post” məlumat yayır.

Medianın yaxdığına görə, Yardım paketi “HIMARS” sistemləri üçün əlavə mərmiləri, eləcə də hərbçilər üçün müxtəlif avadanlıqları əhatə edir.

Məlum olduğu kimi, “Ramşteyn formatı” adı altında yaradılmış təmas qrupunun bu gün Almaniyada NATO və dünyanın digər ölkələrinin müdafiə nazirlərinin iştirak edəcəyi toplantısı planlaşdırılır.

Bununla yanaşı, Ukrayna mediasının məlumatına görə, Pentaqon ətraflı analiz və orta və uzunmüddətli perspektivdə, o cümlədən Rusiya ilə müharibə başa çatdıqdan sonra, Ukrayna ordusuna dəstək planını hazırlayır. Medianın yazdığına görə, analiz Ukraynanın modernləşdirilmiş hava qüvvələrinə və mobil quru qüvvələrini dəstəkləyən helikopterlərə olan ehtiyaclarının ilkin nəzərdən keçirilməsini əhatə edir.

Oxşar