Medianın məlumatına görə, Böyük Britaniyada koronavirusun müəyyən edilməsi 90 dəqiqəyə mümkün olacaq
Böyük Britaniyada koronavirusun müəyyən edilməsi 90 dəqiqəyə mümkün olacaq. Söhbət yeni testlərdən gedir ki, onun da istifadəsinə gələn həftədən başlanacaq. Məlumatı “BBC” yayır.
Yeni test vasitəsi ilə mövsümi qripin və koronavirusun seçilməsi asanlıqla və sürətlə mümkün olacaq.
500 minə qədər test laoratoriyalarda və qocalar evində əlçatarlı olacaq.
Bu gün koronavirus testlərinin cavabı 24 saata məlum olur. Bəzi hallarda buna iki gün də lazım gəlir.