Medianın məlumatına görə, Boris Conson Karib Adalarından qayıdır və Britaniyanın baş nazirliyi uğrunda mübarizə aparacaq

11:23, 21.10.2022

Boris Conson Karib Adalarından qayıdır və Britaniyanın baş nazirliyi uğrunda mübarizə aparacaq, – bu barədə məlumatı “telegraf” yayır.

Nəşrin məlumatına görə, Britaniyanın keçmiş baş naziri 22 oktyabrda tərəfdarları ilə görüş planlaşdırır.

Nəşr yazır ki, Leyboristlərdən, Harold Vilson və ona qədər Vinston Çerçildən sonra, vəzifəni tərk etdikdən sonra, ikinci dəfə heç bir baş nazir geri qayıtmayıb.

Mühafizəkarların bəziləri hesab edirlər ki, Boris Consonun “Tory” partiyasının liderliyi uğrunda yarışın final mərhələsindəki perspektivinə “çox ciddi” yanaşmaq lazımdır.

“Konservativ houm” saytının təsisçisi Tim Montqomeri deyir ki, Boris Conson təkcə 100 deputatın deyil, həm də 140-a yaxın qanunvericinin dəstəyini ala bilər.

Britaniyanın baş naziri vəzfiəsinə mübarizə aparab namizədlər ən azı 100 Mühafizəkar deputatın dəstəyini almalıdırlar.

Oxşar