Medianın məlumatına görə, Bolqarıstan Azərbaycandan təbii qazın alınmasına başladı və iyul ayından Rusiya təbii qazını tamamilə əvəz edəcək
Medianın məlumatına görə, Bolqarıstan Azərbaycandan təbii qazın alınmasına başladı və iyul ayından Rusiya təbii qazını tamamilə əvəz edəcək

Bolqarıstan Azərbaycandan təbii qazın alınmasına başladı. Məlumatı Bolqarıstan mediası yayır.

Medianın məlumatına görə, Bolqarıstan təbii qazı Yunanıstan ərazisindən keçən Trans-Adriatik boru kəməri ilə alacaq.

Qaz təchizatı iyunun sonunadək test rejimində aparılacaq, iyulun əvvəlindən isə, Azərbaycan təbii qazı Rusiya qazını tamamilə əvəz edəcək.

Təbii qazın alınmasını ilkin həcmi ildə 3 milyard kubmetr təşkil edəcək, potensialın isə, 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Bolqarıstan Rusiya təbii qazını rus rublu ilə ödəməkdən imtina edən ilk ölkələrdən biridir və bu, Rusiyanın dövlətə məxsus “Qazprom” şirkətinin Bolqarıstana təbii qaz nəqlini dayandırmasına səbəb oldu.