Medianın məlumatına görə, Almaniyanın yeni Müdafiə naziri Boris Pistorius olacaq
Medianın məlumatına görə, Almaniyanın yeni Müdafiə naziri Boris Pistorius olacaq

Almaniya mediasının məlumatına görə, ölkənin yeni Müdafiə naziri Aşağı Saksoniya federal torpağının Daxili İşlər naziri, Boris Pistorius olacaq.

Alman medisı yazır ki, 62 yaşlı hüquqşünas Pistorius Nazirliyi idarə etmək təcrübəsi var və özünə inamlı və enerjili insandır.

Boris Pistorius solçu-mərkəzçi Sosial Demokratlara 16 yaşında qoşuldu, daha sonra 1980-1981-ci illərdə hərbi xidmət keçdi, lakin hərbi təcrübəsi yoxdur.

Almaniya mediasının məlumatına görə, Boris Pistorius daha gənc zabitləri cəlb etməklə və onları vətəndaşlara yaxınlaşdırmaqla polis qüvvələri ilə əlaqə qurmaq və onun restrukturizasiya təcrübəsinə malikdir. Medianın yazdığına görə, Pistorius təhlükəsizlik aparatını demokratiyanın mühüm sütunu kimi görür, bu onun layihəsində əks olunacaq ki, Polisi siyasi ekstremizmə qarşı davamlı şəkildə güclənsin.