Medianın məlumatına görə, Almaniya Avropa İttifaqından Ukraynaya doqquz milyard avroluq maliyyə yardımını bloklayır
Medianın məlumatına görə, Almaniya Avropa İttifaqından Ukraynaya doqquz milyard avroluq maliyyə yardımını bloklayır

Almaniya Avropa İttifaqından Ukraynaya doqquz milyard avroluq maliyyə yardımını bloklayır. Məlumatı Ukrayna mediası İtaliya nəşrinə istinadən yayır.

Medianın məlumatına görə, Almaniyanın Maliyyə naziri, Kristian Linder Avropa İttifaqının Ukraynaya ayırdığı doqquz milyard avroluq maliyyə tranşını bloklayır və indiyə qədər yalnız bir milyard avronun çatdırılmasına razılaşır. Nəşr yazır ki, Almaniyanın Maliyyə naziri Covid-19 pandemiyası zamanı olduğu kimi, ümumi Avropa krediti vasitəsilə Ukraynaya vəsait ayrılmasına qarşıdır.

Medianın yazdığına görə, Linder öz mövqeyini onunla açıqlayır ki, sentyabrda ola bilsin Ukrayna 900 milyon avro miqdarında xarici borcunu ödəyə bilməyə.

Ona qədər Ukrayna hakimiyyəti qeyd edirdi ki, büdcənin hər aylıq çatışmamazlığı beş milyard dolları təşkil edirdi və bu məbləği partnyorlardan gözləyirdi. Nəşrin jurnalistlərinin fikrincə, tranşın gecikməsi Ukraynanın Almaniyadakı səfiri, Andriy Melnikin azad edilməsnin səbəblərindən biri ola bilər.

Avropa Komissiyası Ukraynaya doqquz milyard avroluq maliyyə yardımı paketini yazda təklif etdi, bundan sonra Avropa İttifaqına üzv ölkələrin liderləri tranşı təsdiqlədilər. Qeyd olunan məbləğ Ukraynaya 25 il müddətinə, faizsiz kredit kimi təklif edildi. Bir milyard avro məbləğində Avropa yardımının birinci tranşı iyulun 7-də Avropa Parlamenti tərəfindən təsdiqləndi.