Medianın məlumatına görə, ABŞ-ın İsfahan vilayətinə endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb
ABŞ-ın İsfahan vilayətinə endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb
İsfahan vilayətində ABŞ tərəfindən həyata keçirilən zərbə nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Məlumatı “Reuters” İranın ISNA informasiya agentliyinə istinadən yayıb.
“Reuters”in məlumatına görə, İran ötən həftə qarşılıqlı hücumlar yenidən başladıqdan sonra ölənlərin ümumi sayı ilə bağlı rəsmi məlumat açıqlamayıb.
Agentliyin yazdığına görə, dövlət mediasının məlumatları və ayrı-ayrı insidentlərlə bağlı rəsmi açıqlamalara əsasən, ABŞ-ın yenidən başladığı zərbələr nəticəsində ehtimal olunur ki, 20-yə yaxın insan həyatını itirib.
“Reuters”in məlumatına görə, müharibənin ilkin mərhələsində isə əsasən İran və Livanda olmaqla, minlərlə insan həlak olub.
Bununla yanaşı, agentlik bildirir ki, İranın Bəndər-Abbas şəhəri və Kişm adası ətrafında partlayış səsləri eşidilib.