Medianın məlumatına görə, ABŞ-ın 20 ştatı və Kolumbiya dairəsi iki iddia ərizəsi təqdim edib. İddialarda Tramp administrasiyası “Nəsli kəsilmək təhlükəsi altında olan növlər haqqında” qanunu zəiflətməkdə ittiham olunur

21:59, 09.09.2026

ABŞ ştatları Donald Tramp administrasiyasını nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin müdafiəsinin zəiflədilməsinə görə məhkəməyə verirlər. Bu barədə “Reuters” məlumat yayıb.
Medianın məlumatına görə, ABŞ-ın 20 ştatı və Kolumbiya dairəsi iki iddia ərizəsi təqdim edib. İddialarda Prezident Donald Trampın administrasiyası federal “Nəsli kəsilmək təhlükəsi altında olan növlər haqqında” qanunu zəiflətməkdə ittiham olunur.

Medianın yazdığına görə, sözügedən qanunun məqsədi ştatların simvolu olan ağbaş qartalı və digər vəhşi heyvanları iqtisadi inkişaf nəticəsində yaranan təhlükələrdən qorumaqdır.

Məlumata görə, iddialardan birində ştatlar təbiətə dəymiş zərərin tərifini daraldan qaydaya etiraz ediblər. Donald Tramp administrasiyası dövründə qəbul edilmiş qaydalar, neft hasilatı, mədənçilik və digər fəaliyyətlərin heyvanların təbii yaşayış mühitində həyata keçirilməsinə icazə verir, bir şərtlə ki, bu fəaliyyət heyvanları birbaşa öldürməsin və ya onlara zərər vurmasın.

İkinci iddiada isə iki qaydaya etiraz edilir. Qaydalardan biri nəsli kəsilmək təhlükəsi altında olan növlər siyahısına yaxın zamanda əlavə edilmiş növlərin geniş müdafiəsini istisna edir. Digər qayda isə hökuməti əraziləri “kritik yaşayış mühiti” elan etməzdən əvvəl inşaat şirkətlərinin, mədən yanacağı şirkətlərinin və digər bizneslərin etirazlarını nəzərdən keçirməyə məcbur edir.

Medianın məlumatına görə, “Nəsli kəsilmək təhlükəsi altında olan növlər haqqında” qanun ABŞ-da 1973-cü ildə qəbul edilib. Onların məlumatına görə, qanunun zəiflədilməsi Trampın amerikalı biznesləri məhdudlaşdırdığını bildirdiyi qaydaların sayını azaltmaq məqsədi ilə üst-üstə düşür.

Oxşar