Medianın məlumatına əsasən, "Washington Post"un müxbirinin evində axtarış nəticəsində Federal Təhqiqat Bürosu jurnalistin mobil telefonunu, noutbuklarını, səs yazıcısını, portativ sərt diski və ağıllı saatını götürüb
Federal Təhqiqat Bürosu (FTB) milli təhlükəsizlik məlumatının sızması ilə bağlı istintaq çərçivəsində “Washington Post”un müxbirinin evində axtarış aparıb.
“NBC News”un yazdığı kimi, agentlər jurnalistin mobil telefonunu, iş və şəxsi noutbuklarını, səs yazıcısını, portativ sərt diskini və ağıllı saatını götürüblər.
İstintaq qanunsuz olaraq məxfi məlumatı saxlamaqda ittiham olunan hökumət podratçısı Aurelio Peres-Luqonesə qarşı yönəlib. Federal Təhqiqat Bürosunun məlumatına əsasən, o, icazəsiz məxfi məlumatları toplayıb. Nəşrin yazdığı kimi, jurnalistə istintaqın obyekti olmadığını deyiblər, lakin baş prokuror Pentaqonun “məxfi məlumatı qəbul edən və dərc edən” jurnalistin evində axtarış tələb etdiyini bildirib.
Hakim Federal Təhqiqat Bürosuna jurnalistdən götürülən cihazları yoxlamağı qadağan edib və iş tam baxılana qədər onları saxlamağı tapşırıb.
Mətbuat azadlığı müdafiəçiləri bu addımın misli görünməmiş olduğunu, söz azadlığına zərər vurduğunu, jurnalistika fəaliyyətini ləngitdiyini və təhlükəli presedent yaratdığını qeyd edirlər.