Medianın məlumatına əsasən, Volodimir Zelenski sentyabrın 4-də Parisdə planlaşdırılan avropalı liderlərin görüşündə iştirak edəcək
Medianın məlumatına əsasən, Volodimir Zelenski sentyabrın 4-də Parisdə planlaşdırılan avropalı liderlərin görüşündə iştirak edəcək

 

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 4-də Parisdə planlaşdırılan avropalı liderlərin görüşündə iştirak edəcək. Bu barədə məlumatı “Frans Press” yayır.

Nəşrin mənbəsinin məlumatına əsasən, liderlər görüşdə Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə edəcəklər. Volodimir Zelenskinin oraya gələcəyi və ya uzaqdan iştirak edəcəyi hələ dəqiqləşdirilməyib.

Görüş Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə keçiriləcək. Tədbirdə Almaniyanın kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının prezidenti Ursula fon der Laien iştirak edəcək.